Prokurorluq həkimə hücum edən şəxslə bağlı MƏLUMAT YAYDI
İyunun 04-də Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovaya əlillik müddətinin bitməsi ilə bağlı komissiyadan keçirilən Şamayıl Mustafayev tərəfindən xəsarət yetirilməsi faktı ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, istintaqla Şamayıl Mustafayevin ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əyani müayinə otağında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Tibbi Sosial Ekspertiza Komissiyasının ekspert həkim-nevropatoloqu Leyla Seyidovanın üzərinə hücum edərək yumruq zərbələri ilə qəsdən sağlamlığa yüngül zərər vurduğu və Leyla Seyidovanı onun əlindən ayırmaq istəyən həmin komissiyanın ekspert həkim-oftalmoloq Yusif Bənanyarlıya qarşı müqavimət göstərərək dərəcəsi təyin edilməyən xəsarət yetirdiyi müəyyən edilib.
Qeyd edilənlərlə bağlı Şamayıl Mustafayev Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...