Şəmkirdə polisə yumruq atan restoran sahibi HƏBS EDİLDİ
İyunun 22-də Şəmkir rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir Rayon Prokurorluğundanverilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” restoranında iyunun 22-də saat 14 radələrində “Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları”nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib, onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib .
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Tural Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...