Həyətində çətənə bitkiləri yetişdirən Neftçalada rayon sakini saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Aşağı Qaramanlı kənd sakini Müşfiq Fərəcova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 65 ədəd çətənə kolu aşkar edilib.
Polis əməkdaşları tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri kökündən çıxarılıb, qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı M.Fərəcov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...