Həyətində çətənə bitkiləri yetişdirən Neftçalada rayon sakini saxlanıldı

Həyətində çətənə bitkiləri yetişdirən Neftçalada rayon sakini saxlanıldı DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Aşağı Qaramanlı kənd sakini Müşfiq Fərəcova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 65 ədəd çətənə kolu aşkar edilib.

Polis əməkdaşları tərəfindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkiləri kökündən çıxarılıb, qablaşdırılaraq bioloji ekspertizaya təqdim olunub.

Dindirilmə zamanı M.Fərəcov narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.


Geri qayıt