“Sobsan”dakı yanğınla bağlı ikinci cinayət işi açıla bilər
2020-ci il iyulun 5-də “Rəmzi-S” MMC-yə məxsus “Sobsan” boya fabrikindəki baş vermiş güclü yanğınla bağlı cinayət işi başlanılması tələbi haqda məhkəmə prosesi start götürür.
Yanğın zamanı fabrikin qonşuluğundakı fərdi yaşayış evinin və içindəki əşyaların yanmasına görə vətəndaş Məhyəddin Alməmmədov məhkəməyə müraciət edib.
Mərkəzi Bankın eksperti tərəfindən hazırlanmış rəyə əsasən, yanğın nəticəsində M.Alməmmədova daşınar əmlak üzrə 67 747 manat, daşınmaz əmlak üzrə 29 950 manat, ümumilikdə 97 697 manat məbləğində zərər dəyib.
Faktla bağlı iyulun 7-də Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, dekabrın 4-də isə cinayət işi üzrə icraata xitam verilib.
M.Alməmmədov iddia ərizəsində qeyd edib ki, yanğın nəticəsində onun sağlamlığına da zərər dəyib: “Bununla bağlı tibbi sənədlər də var. Qanuna əsasən cinayət prosesi gedişində bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi əsasında müəyyən edilə bilər. Lakin istintaq yanğın hadisəsi nəticəsində mənim sağlamlığıma dəymiş zərər üzrə heç bir prosessual hərəkət etməyib. Əvəzində yaranmış bu cür ağır nəticələri gizlədib”.
Zərərçəkmiş şəxs məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunmasını və hadisə ilə bağlı yenidən cinayət işi başlanılmasını xahiş edib. M.Alməmmədovun iddiası məhkəmə icraatına götürülüb. İşə mayın 18-də Nərimanov rayon məhkəməsinin hakimi Tural Ələkbərovun sədrliyi ilə baxılacaq.
Qafqazinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?