Komandir qəza törədib, iki uşaq anası həlak olub - Video
Aprelin 18-də Qazax şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə qəza zamanı həlak olan şəxsin yaxınları məlumat verib. O, qəzanı törədən şəxsin N saylı hərbi hissənin bölük komandiri, leytenant Atamoğlu Cəfərsoy olduğunu, avtomobili isə içkili vəziyyətdə idarə etdiyini iddia edib. Yüksək sürətlə hərəkət edən maşın şlanqbanın üstündən aşaraq yol kənarında dayanmış avtomobilin üzərinə düşüb. Nəticədə maşında olan 22 yaşlı 2 uşaq anası Səadət Hüseynova hadisə yerindəcə ölüb, qucağındakı körpə travma alıb, qayınanası Rəna Xasməmmədova isə ağır yaralanıb.
Həmin müddətdə S. Hüseynovanın həyat yoldaşı Elvin İsmayılov və 3 yaşlı oğlu mağazada olub. Hazırda həm körpənin, həm də Rəna Xasməmmədovanın vəziyyəti orta-ağırdır.
Mərhumun atası Akif Hüseynov şikayətçi olsa da, hadisəni törətməkdə təqsirkar bilinən A. Cəfərov sərbəst buraxılıb.
Sözügedən qəzanın videosunu təqdim edir:
qafqazinfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?