İcra başçısının imarətində asılmış meyit aşkarlandı
Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub.
Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Məlumata görə icra başçı hüquq mühafizə orqanlarına gözətçisinin müəmmalı ölümü ilə bağlı ehtimalların olmadığını deyib.
“Müsavat.com”a istinadən xəbər veririk ki, müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətin rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparılır.
Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...