Bakıda ərəb iş adamı barədə həbs qərarı çıxarıldı - Axtarışdadır
Oman vətəndaşı Al Balushi Zakariya Abdulah Hassan Bakıda məhkəmənin çağırışlarına məhəl qoymadığı üçün barəsində həbs qərarı çıxarılıb.
Musavat.com xəbər verir ki, Omanda və Azərbaycanda bizneslə məşğul olan Al Balushi Zakariya Abdulah Hassan barəsində ekstradisiya məsələsinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İş adamının ekstradisiya tələbi Oman hüquq-mühafizə orqanları tərəfindən Azərbaycandan istənilib. Onun barəsində Omanda cinayət işi açılıb və axtarışa verilib.
Al Balushi Zakariya Abdulah Hassanın ekstradisiya məsələsinə baxılan zaman sonuncu məhkəməyə iclasına gəlməyib.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında ərəb iş adamının vəkili müəvvəkkilinin məhkəməyə gəlməməsi barədə məlumatlı olmadığını deyib.
Məhkəmə iclaslarında Al Balushi Zakariya Abdulah Hassana tərcüməçilik edən nümayəndə isə bildirib ki, sonuncu dəfə iş adamı ilə danışan zaman ona məhkəməyə gəlməsinin vacib olduğunu xatırladıb.
"Dedi ki, Omanda ondan şikayətçi olan şəxslə problemi öz aralarında həll edəcək. Bundan sonra da buradakı məsələni həll edəcək. Məsləhət gördüm ki, məhkəməyə gəlsin və vəziyyəti izah etsin. Amma gəlmədi"- deyə tərcüməçi bildirib.
Məhkəmə müşavirədən sonra Al Balushi Zakariya Abdulah Hassan barəsində məhkəmədən yayındığına görə barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirini dəyişib.
Məhkəmənin qərarı ilə iş adamı barəsində həbs qətimkan tədbiri seçilib və axtarışa verilib.
Qeyd edək ki, Al Balushi Zakariya Abdulah Hassan Omanda və Azərbaycanda bizneslə məşğuldur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...