Rusiyada tanınmış azərbaycanlı iş adamı saxlanıldı - Anasının yasına gəlirmiş
Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Şirvan Haxıyev saxlanılıb. Cenub.az-a istinadən məlumata görə, əslən Masallı rayonundan olan Haxıyev Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində bizneslə məşğuldur.
Lent.az azərbaycanlı iş adamıyla bağlı bəzi məqamları üzə çıxarıb. Araşdırmalarımız zamanı məlum olub ki, Şirvan Haxıyev Norilsk şəhərində və Krasnoyarsk diyarında nüfuzlu iş adamlarından sayılır. Onun bu və ya digər biznes strukturlarında minlərlə insan çalışır. Onların böyük əksəriyyəti azərbaycanlılardır.
Haxıyevin biznesi ticarətdən tutmuş istehsala, tikintiyə qədər müxtəlif sahələri əhatə edir. O, “Okean”, “Zelyonaya liniya”, “Siti”, “Vostok” kimi ticərət mərkəzlərinin, “Çayxona”, “Kebab Klab”, “Karls Cunior” restoranlar şəbəkəsinin sahibidir. Onun sahibi olduğu “Nordstroy” və “Norilskstroy” tikinti şirkətləri adıgedən şəhərdə yaşayış binalarının inşasıyla məşğuldur. Biznesmenə məxsus “Pivprom”, “Pinta”, “Proviant” şirkətləri də Krasnoyarsk diyarında tanınmış biznes qurumlarındandı.
Onun hansı səbəbdən saxlanmasının motivləri bəlli deyil. Məlumata görə, iş adımı saxlanma ərəfəsində anasının Masallı rayonunun Qəriblər kəndində keçirəcək 40 mərasiminə gəlməyə hazırlaşırmış.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...