Rusiyada tanınmış azərbaycanlı iş adamı saxlanıldı - Anasının yasına gəlirmiş

Rusiyada tanınmış azərbaycanlı iş adamı saxlanıldı - Anasının yasına gəlirmiş Rusiyanın paytaxtı Moskvada azərbaycanlı iş adamı Şirvan Haxıyev saxlanılıb. Cenub.az-a istinadən məlumata görə, əslən Masallı rayonundan olan Haxıyev Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərində bizneslə məşğuldur. 
Lent.az azərbaycanlı iş adamıyla bağlı bəzi məqamları üzə çıxarıb. Araşdırmalarımız zamanı məlum olub ki, Şirvan Haxıyev Norilsk şəhərində və Krasnoyarsk diyarında nüfuzlu iş adamlarından sayılır. Onun bu və ya digər biznes strukturlarında minlərlə insan çalışır. Onların böyük əksəriyyəti azərbaycanlılardır. 
Haxıyevin biznesi ticarətdən tutmuş istehsala, tikintiyə qədər müxtəlif sahələri əhatə edir. O, “Okean”,  “Zelyonaya liniya”, “Siti”, “Vostok” kimi ticərət mərkəzlərinin, “Çayxona”, “Kebab Klab”, “Karls Cunior” restoranlar şəbəkəsinin sahibidir. Onun sahibi olduğu “Nordstroy” və  “Norilskstroy” tikinti şirkətləri adıgedən şəhərdə yaşayış binalarının inşasıyla məşğuldur. Biznesmenə məxsus “Pivprom”,  “Pinta”, “Proviant” şirkətləri də Krasnoyarsk diyarında tanınmış biznes qurumlarındandı.
Onun hansı səbəbdən saxlanmasının motivləri bəlli deyil. Məlumata görə, iş adımı saxlanma ərəfəsində anasının Masallı rayonunun Qəriblər kəndində keçirəcək 40 mərasiminə gəlməyə hazırlaşırmış.
Geri qayıt