SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bulvara “hava almağa” çıxan sərxoş qız dənizə düşdü

Bulvara “hava almağa” çıxan sərxoş qız dənizə düşdü

Tarix:

11-05-2017, 13:22

/ 36 731 dəfə oxundu.
Bulvara “hava almağa” çıxan sərxoş qız dənizə düşdü

Mayın 9-u Bakı sakini, 1996-cı il təvəllüdlü Günay Şirəliyeva üçün həyatının son günü ola bilərdi. O, səhər saat 05:25-də az qala dənizdə boğulacaqdı.

Bu barədə Səbail Rayon Polis İdarəsindən bildiriblər.

Hadisə Bakının Neftçilər prospektində Milli parkda baş verib. Qız həmin an xoşbəxtlikdən tək olmayıb və onu dərhal sudan çıxarıblar. Hazırda Şirəliyeva Kliniki Tibbi Mərkəzdədir.

Onun həmin anda sərxoş olduğu məlumdur. “Hava almaq” üçün bulvara çıxıb, amma başı gicəllənib və dənizə yıxılıb.

Şərhlər

XƏBƏR LENTİ