XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Balakəndə karantini pozan kafe aşkarlandı

Balakəndə karantini pozan kafe aşkarlandı

Balakəndə karantini pozan kafe aşkarlandı
29-03-2021, 10:09

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən kafe aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, vətəndaş Ramil İsmayılovun icarə əsasında işlətdiyi kafenin gecə saatlarında gizli şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.
Obyektin icarədarı barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb, həmçinin onunla profilaktik söhbət aparılıb, karantin qaydalarına riayət etməsinin vacibliyi diqqətə çatdırılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.