Ana bətnindəki uşağı öldürmək istədi, özü öldü
Şabranda 21 yaşlı gənc ana zəhərlənmədən dünyasını dəyişib.
Modern.az xəbər verir ki, rayonun Ceyranlı kənd sakini Məleykə Vahab qızı Yusifova martın 26-sı gecə 03.40 radələrində dünyasını dəyişib.
Hadisə yerinə Şabran prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırma zamanı məlum olub ki, gənc qadın hamilə olub və o bətnindəki körpəni tələf etmək üçün həblərdən istifadə edib. Uşaq ana bətnində öldüyündən gənc ananın qanında zəhərlənmə baş verib və Məleykə Yusifova vəfat edib.
İlkin olaraq məlum olub ki, 21 yaşlı ana bətnindəki körpənin cinsinin qız olduğunu bilib və bu səbəbdən uşağı tələf etmək istəyib. Bütün bu ehtimalları Şabran rayon prokurorluğunda başlanan araşdırma müəyyən edəcək. Ananın bu hamiləlikdən əvvəl bir qız uşağının olduğu deyilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...