XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI
18-03-2021, 10:21

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, martın 17-də törədilən 20 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.