Qaxda narkotacirdən 10 kq narkotik götürülüb
Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitərin satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəlcə rayonun Əmircan kənd sakini, əvvəllər də məhkum olunmuş Novruz Nəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı sellofan torbada 163 qramdan artıq qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı N.Nəbiyevin narkotik vasitəni cəzaçəkmə müəssisəsində tanış olduğu rayonun Əlibəyli kənd sakini, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Martiko Aslamazaşvilidən aldığı müəyyən olunub. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı ünvana da baxış keçirilib və oradan 10 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. M.Aslamazaşvili isə tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...