SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Xadimənin maaş kartını götürən məktəb direktoruna cinayət işi açıldı

Xadimənin maaş kartını götürən məktəb direktoruna cinayət işi açıldı

Tarix:

4-03-2021, 11:47

/ 842 dəfə oxundu.
Xadimənin maaş kartını götürən məktəb direktoruna cinayət işi açıldı

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Qazax rayon prokurorluğundan verilən məlumata görə, vətəndaş Fərqan Əliyevin, Qazax Uşaq Gənclər Şahmat-İdman məktəbinin sabiq direktoru Nağdalıyev Şücayət Hətəmalı oğlu tərəfindən 2012-2017-ci illər ərzində anası Həcər Əliyevanın əmək haqqı kartının götürülərək saxlanılması, həmin müddətdə anasının əmək haqqını ala bilməməsi ilə bağlı müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, qeyd edilən məktəbin sabiq direktoru Şücayət Nağdalıyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə Həcər Əliyevanı 13 avqust 2012-ci il tarixdə xadimə kimi işə qəbul edərək həmin tarixdən 18 avqust 2017-ci il tarixədək Həcər Əliyevanın işə gəlmədiyi halda adına olan əmək haqqı kartını götürüb saxlamasına, həmin karta əmək haqqı köçürülməsinə nail olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Şərhlər

XƏBƏR LENTİ