Narkotik satan ana və qızı tutuldu
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ana və qızı saxlanılıb.
xalqxeber.az xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
RPŞ-yə daxil olmuş məlumat əsasında rayonun Qazma kənd sakinləri olan 1962-ci il təvəllüdlü Şümeysət Abdulməcid qızı Əliyeva və qızı 1983-cü il təvəllüdlü İlahə Güloğlan qızı Əliyevanın yaşadıqları evdə əməliyyat-axtarış tədbiri keçirilib.
Tədbir nəticəsində evdən hal şahidlərinin iştirakı ilə 8 ədəd müxtəlif bağlamalarda ümumi çəkisi 3 kq 446,27 qram olan qurudulmuş marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Aparılan əməliyyat-axtarış tədbiri nəticəsində məlum olub ki, qeyd edilən narkotik vasitəni onlara tanışları və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Mahmalar kənd sakini 1984-cü il təvəllüdlü Kamran Cəlaləddin oğlu Babayev verib.
Kamran Babayevin yaşadığı evə baxış zamanı isə oradan 46,93 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Tədbir nəticəsində hər üç şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində saxlanılıblar.
Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub