SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

Tarix:

28-01-2021, 16:00

/ 662 dəfə oxundu.
Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Altıağac qəsəbəsi ərazisində yerləşən mağazaların birindən 260 manat pul, danışıq kartları və tütün məmulatları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini İlqar Camalov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı İ.Camalov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər oğurluq hadisələrində iştirakının olub-olmaması araşdırılır.
Xızıda mağazadan oğurluq edən şəxs saxlanıldı - FOTO

Şərhlər

XƏBƏR LENTİ