Azərbaycanda DƏHŞƏT: Kişi baldızını ÖLDÜRDÜ
Yanvarın 12-də saat 23 radələrində Şəki rayon sakini 1961-ci il təvəllüdlü Əhmədova Ruqiyə Şükür qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Bu barədə Şəki rayon prokurorluğundan məlumat verilib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilmişdir.
Aparılmış araşdırmalarla zərərçəkmişin bacısının əri 1984-cü il təvəllüdlü Cəlilov Rahim Tahir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ruqiyə Əhmədovaya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Rahim Cəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək