Gəncədə silsilə oğurluq edən şəxs saxlanılıb
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluq hadisələri törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 27 yaşlı Naib Əliyev cari ilin yanvar ayının müxtəlif vaxtlarında şəhər ərazisində vətəndaşlara məxsus müxtəlif avtomobillərdən iki ədəd ümumi dəyəri 545 manat olan mobil telefon və bir ədəd içərisində 3354 manat nağd pul olan pul qabını oğurlayıb. N. Əliyev saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək