Bakıda vəzifəli şəxs iş adamını avtomobillə vurdu - DİN məlumat yaydı
Daxili İşlər Nazirliyi Bakıda sahibkarın ölümü ilə bağlı məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, aprelin 29-da saat 01 radələrində Binəqədi rayonunun Pirşağı qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərindən birinin avtodayanacağında Faiq Qasımov idarə etdiyi “Toyota” markalı avtomobili arxaya verərkən Bakı şəhər sakini Tərlan Dadaşovu və Şabran rayon sakini Seyidbədəl Həşimovu vurub. Nəticədə T.Dadaşov və S.Həşimov xəstəxanaya yerləşdirilib.
T.Dadaşov orada ölüb, S.Həşimova isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
F.Qasımov Binəqədi rayon Polis İdarəsi 4-cü Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Xatırladaq ki, ölən T. Dadaşovun Bakının tanınmış "Qoşa Qala" restoranının sahibi, hadisəni törədən Faiq Qasımovun isə Zabrat qəsəbəsindəki Vetrolyot Meydançasının rəisi olduğu deyilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu