"Bandotdel" əməliyyat keçirdi, saxlanılanlar var (FOTOLAR)
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Baş İdarəyə Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Musazadənin yaşadığı evdə qanunsuz olaraq silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs rayon ərazisində tutulub. Onun Bərdə rayonu Şorəlli kəndində yaşadığı evə baxış zamanı 1 ədəd "Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus 1 ədəd daraq və 3 ədəd patron aşkar olunaraq götürülüb.
Həyata keçirilən daha bir tədbir zamanı isə Şamaxı rayon sakini Amil Tağıyev üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün Bakı-Şamaxı yolunun 16-ci kilometrliyində Baş İdarə əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd "Makarov” markalı tapança, 1 ədəd sandıqça və 5 ədəd patron aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Xəyyam Musazadə və Amil Tağıyev barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...