Oğuzda evinin həyətyanı sahəsində narkotik vasitə becərən şəxs saxlanılıb
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin
kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbənin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında şübhəli bilinən rayonun Muxas kənd sakini Sahabir Hacıbalayev saxlanılıb.
Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi
çəkisi 4 kq 345 qr 4 ədəd və qurutmaq üçün həyətyanı sahədəki tikilinin çardağında saxladığı çəkisi 2 kq 610 qr 2 ədəd çətənə kolu aşkar edilərək götürülüb. S.Hacıbalayev ifadəsində narkotik vasitəni mart ayında becərdiyini, onlara xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...