Qazaxda narkotik satan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Rüfət Rəsulov saxlanılaraq RPŞ-yə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman 0.092 qram kustar üsulla hazırlanmış, narkotik maddə hesab edilən “metamfetamin” aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni həmyerlisi, əvvəllər məhkum olunmuş Şükür Məmmədovdan aldığını bildirib.
Davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Şükür Məmmədov saxlanılaraq Polis Şöbəsinə gətirilib və orada onun üzərinə baxış keçirilən zaman ona məxsus siqaret qutusunun içindən 0.313 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
Bundan başqa istintaq tədbirləri zamanı Ş. Məmmədovun avqustun 29-u səhər saatlarında Qazax rayonundan Bakı şəhərinə gedərkən Göygöl rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqələrindən birinə daxil olaraq oradan 300 manat dəyərində mobil telefon və 500 manat nəğd pul oğurlaması da məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...