Balakəndə 700 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olanların tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə rayonun Talalar kənd sakini Tural Şahverdiyevin yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq göstərilməklə yetişdirilən, ümumi çəkisi 645 kiloqramdan artıq 20 ədəd çətənə bitkisi, həmçinin qurutmaq üçün yerə sərilmiş 14 kiloqram 150 qram qurudulmamış marixuana aşkar edilərək götürülüb. T.Şahverdiyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...