15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs
15 yaşlı qızı hamilə buraxan müəllimə 1 il iş kəsildi
Lerikdə 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edərək, onun hamilə qalmasına səbəb olan məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahətə 1 il həbs cəzası verilib.
Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat paylaşıb.
"15 yaşında düşüncəsi zəif olan uşağı məktəb müəllimi, 60 yaşlı Məmmədov Şəfahət münasibətə girərək hamilə qoyub. Müəllimə bu gün Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçikbəyov tərəfindən cəmi 1 il iş kəsilib. Bu uşaq aylardır gözümüzün önündədir, hamilə olduğunu belə dərk etmir. Sual veririk, bu nə qərardır, bu nə ədalətsizlikdir?! Bəs, bu uşağın gələcəyi necə olacaq?! O, özü anlamır heç nəyi, bəs bizdəmi başa düşmürük ya bizim qız övladlarımız yoxdurmu?! Tək sözlə bunu deyirik, sonu nə olur olsun, bu uşağı müdafiə edəcəyik və bu haqsız qərarla bağı bütün qurumları tək-tək məlumatlandırıb ciddi ölçü götürülməsini tələb edəcəyik!", - deyə M.Zeynalova statusunda qeyd edib.
Qeyd edək ki, Ş.Məmmədov rayonun Kirəvud kəndində rus dili müəllimi işləyib. Zərərçəkmiş isə həmin məktəbdə təhsil alıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...