SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda karantin postunda polisi maşın vurdu

Bakıda karantin postunda polisi maşın vurdu

Tarix:

1-07-2020, 10:18

/ 1 225 dəfə oxundu.
Bakıda karantin postunda polisi maşın vurdu

Bakının Suraxanı rayonunda polis əməkdaşının xəsarət almasına səbəb olan yol qəzası baş verib.

Hadisə Hövsan qəsəbəsi ərazisində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş polis nəzarət postunda qeydə alınıb. Minik avtomobili 1996-cı il təvəllüdlü Məmmədli Elşən Vadim oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ