XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb

Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb

Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb
29-05-2020, 11:02

Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin aqrotexniki qaydada kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmazqışlaq kənd sakinləri- Elşad Seyidəliyev və İlkin Atakişiyev saxlanılıb. E.Seyidəliyevin kəndin meşəlik ərazisində ağac və kolların arasında 12, İ.Atakişiyevin isə 10 ədəd xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Oğuz RPŞ-də saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Meşədə narkotik becərən Oğuz sakinləri saxlanılıb

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.