"Domino's Azerbaijan"ın kampaniyası kuryerin ölümünə səbəb oldu
Bakıda "Domino's Azerbaijan" şirkətinin kuryeri qəzaya düşərək vəfat edib.
“Qafqazinfo”ya istinadən xəbər veririk ki, mayın 23-də saat 18 radələrində Nərimanov rayonu M.K.Atatürk prospektində yerləşən tuneldə Şərur rayon sakini Ülvi Məmmədov idarə etdiyi “Zongshen” markalı motosikleti divara vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş motosikletçi orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Məlumata görə, kuryer şirkətin "30 dəqiqəyə çatdırılma kampaniyası" çərçivəsində sifarişi tez çatdırmaq üçün motosikletlə sürət həddini aşıb və qəzaya düşərək dünyasını dəyişib. Qəza ilə bağlı sosial şəbəkə istifadəçiləri "Domino's Azerbaijan"ın 30 dəqiqəyə pizza çatdırmaqla bağlı kampaniyasına etiraz ediblər və həmin kampaniyanın ləğvini istəyiblər.
Qeyd edək ki, "Domino's Azerbaijan" “Sifarişiniz 30 dəqiqəni keçdiyi halda, sizə hədiyyə pizza” şüarı ilə kampaniya təşkil edib. İddiaya görə, pizzanı 30 dəqiqəyə çatdıra bilməyən kuryerin əmək haqqısına cərimə yazılır.
Sayt məsələyə aydınlıq gətirmək üçün "Domino's Azerbaijan" şirkətinə müraciət etsə də, münasibət bildirməkdən imtina ediblər.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...