Tovuz sakinlərindən narkotik maddə aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Eşqin Ələkbərov saxlanılaraq RPŞ-nə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 0.283 qram çəkidə narkotik vasitə olan “metamfetamin” aşkar olunaraq götürülüb. E. Ələkbərov ifadəsində narkotik vasitəni tanışı Musa adlı şəxsdən aldığını bildirib. Aparılan araşdırmalarla həmin şəxsin Musa Nağıyev olması müəyyən edilərək saxlanılıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin ötən ilin iyul ayından bu günə qədər Tovuz və Şəmkir rayonlarında ümumilikdə 6 oğurluq hadisəsi törətmələri də məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...