Bakıda kişi siqaret yandırmaq istədi, kül oldu
Bakının Binəqədi rayonunda aprelin 27-də “DSK yolu” adlanan ərazidə yandırılmış meyiti tapılan kişinin şəxsiyyəti müəyyənləşdirilib.
Bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Həmin şəxs son illər “bomj” həyatı sürən 1957-ci il təvəllüdlü Bərdə rayon sakini Həsənov Akif Cəlil oğludur.
Qeyd edək ki, bundan əvvəl onun ağır cinayətin qurbanı olması barədə məlumatlar yayılmışdı. Ancaq bu ifadələrin doğru olmadığı müəyyənləşib.
Kriminalistlər hadisə yerindən bir ədəd “Argo” siqaret kötüyü, kibrit və spirt şüşəsi tapıblar.
İlkin araşdırma zamanı məlum olub ki, A.Həsənovun cəsədi bu ərazidə yaşayan bir uşaq tərəfindən aşkar edilib. Onun burada qaldığını üstündə oturduğu karton parçaları da sübut edir.
Ərazidə tapılan şüşələrin içində isə texniki spirt olub. İlkin ehtimallara görə, hadisədən əvvəl Ə.Həsənov həddindən artıq spirtli içki qəbul edib. Bundan sonra o, siqaret yandırıb və nəticədə, hadisə baş verib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...