SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Zaqatalada evdən 5 min manatlıq oğurluq edildi

Zaqatalada evdən 5 min manatlıq oğurluq edildi

Tarix:

14-04-2020, 10:45

/ 783 dəfə oxundu.
Zaqatalada evdən 5 min manatlıq oğurluq edildi

Zaqatala Rayon Polis Şöbəsinə (RPŞ) mart ayında rayonun Yuxarı Tala kəndində yerləşən evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Zərərçəkmişə məxsus evdən 5 000 manat dəyərində qızılların oğurlanması müəyyən edilib.

Zaqatala RPŞ əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş, zərərçəkmişin həmkəndlisi 22 yaşlı Əhməd Məmmədov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ