SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Bakıda iş adamı karantini pozdu - Maşını ilə yol qurğularını qırdı

Bakıda iş adamı karantini pozdu - Maşını ilə yol qurğularını qırdı

Tarix:

8-04-2020, 19:52

/ 1 028 dəfə oxundu.
Bakıda iş adamı karantini pozdu - Maşını ilə yol qurğularını qırdı

Bakı-Ələt yolundakı karantin postunda insident bas verib.

“Report”a istinadən xəbər veririk ki, Rəmzi Şükürov idarə etdiyi “Mercedes” markalı avtomobillə polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçıb.

Polis əməkdaşlarının gördüyü tədbirlər R.Şükürov saxlanılıb. Onun müvafiq qaydada cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, Rəmzi Şükürov iş adamıdır. Onun şirkəti çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.

Şərhlər

XƏBƏR LENTİ