"Diska Nəriman” adlı kriminal avtoritet SAXLANILDI
Zaqatala sakinini bıçaqlayan şəxs tutulub.
Zaqatala rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün Car kənd sakini, 24 yaşlı İsmayıl Məhəmməd oğlu Musayevi bıçaqlayaraq hadisə yerindən qaçan, əvvəllər məhkum olunmuş Nəriman Kərim oğlu Qurbanəliyev tutulub.
Qeyd edək ki, məlum hadisə ötən gün axşam saatlarında rayonun Car kəndində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Müayinə zamanı İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, hadisəni törədən N. Qurbanəliyev kriminal aləmdə “Diska Nəriman” adı ilə tanınır. O, bir müddət əvvəl həbsdən buraxılıb.
N. Qurbanəliyev əvvəllər Zaqatalada “obşak”a baxıb və həbsdə olan avtoritetlərə pul toplayıb.
Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi ümumi büdcədir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...