XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Elmar Vəliyevin bağbanı ölü tapıldı - Hamı koronavirusdan şübhələnir

Elmar Vəliyevin bağbanı ölü tapıldı - Hamı koronavirusdan şübhələnir

Elmar Vəliyevin bağbanı ölü tapıldı - Hamı koronavirusdan şübhələnir
2-04-2020, 18:12

Sabiq icra başçısı Elmar Vəliyevin bağbanı Gəncədəki dəbdəbəli villasında qəfil dünyasını dəyişib. Martın 31-də sözügedən villaya baş çəkənlər evin bağında vətəndaş Bağban Əhmədovu hərəkətsiz vəziyyətdə aşkar ediblər.
Yaşlı bağban təcili 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilsə də, onu həyata qaytarmaq mümkün olmayıb.
"Demokratik.Az"-ın əldə etdiyi məlumatda bildirilir ki, uzun illərdir sabiq icra başçısının evində bağbanlıq edən şəxsin qəfil ölümünün səbəbi kimi kəskin ürəktutma diaqnozu göstərilsə də, şəhər sakinlərinin bir çoxu mərhumun koronavirusa yoluxaraq ölə biləcəyi barədə danışırlar. Bir daha xatırladaq ki, dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası Azərbaycanda da artıq mövcuddur. Hazırda ölkə yetkililəri virusa yoluxma hallarının qarşısının alınması, vətəndaşların sağlamlıqlarının maksimum qorunması istiqamətində təxirəsalınmaz karantin tədbirləri həyata keçirir.
Təəssüf ki, bu kimi qəfil ölüm halı istər-istəməz "koronavirus" təhlükəsini yada salır.
DİN-in Mətbuat Xidmətindən məsələyə dərhal aydınlıq gətirməyə çalışacağıq!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.