XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı

Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı

Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı
17-02-2020, 14:04

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-də 28 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyən olunaraq açılması təmin edilib.
İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.