SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qubada evdən oğurluq edən gənclər saxlanılıblar

Qubada evdən oğurluq edən gənclər saxlanılıblar

Tarix:

30-01-2020, 11:33

/ 808 dəfə oxundu.
Qubada evdən oğurluq edən gənclər saxlanılıblar

Qubada fərdi yaşayış evindən oğurluq edən gənclər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edən rayon sakin X.Səfixanov yanvar ayının 28-də axşam saatlarında ona məxsus fərdi yaşayış evindən oğurluq edilməsi barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun üç sakini, zərərçəkənin qohumu R.Teymurxanov, M.Məmmədov və T.Orucov saxlanılıblar.

Saxlanılan zaman oğurluq yolu ilə əldə edilən müxtəlif növ içkilər, planşet, mobil telefon, telefon aksesuarları, dülgər alətləri və digər əşyalar maddi sübut kimi polis əməkdaşları tərəfindən onlardan götürülüb.

Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

Şərhlər

XƏBƏR LENTİ