SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Bandotdel" Şabranda əməliyyat keçirdi: keçmiş məhkum tutuldu

"Bandotdel" Şabranda əməliyyat keçirdi: keçmiş məhkum tutuldu

Tarix:

20-12-2019, 12:41

/ 1 149 dəfə oxundu.
"Bandotdel" Şabranda əməliyyat keçirdi: keçmiş məhkum tutuldu

Şabranda keçmiş məhkumda külli miqdarda narkotik vasitə aşkarlanıb.

DİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şabran şəhər sakini, əvvəllər məhkum olunmuş V.Bayramov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 14 qramdan artıq heroin və 5 qrama yaxın metamfetamin götürülüb.
Davam etdirilən tədbirlərlə onun Şabran şəhərindəki evindən 334 qramdan artıq heroin və 33 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Şərhlər

XƏBƏR LENTİ