SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb

Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb

Tarix:

13-12-2019, 11:59

/ 555 dəfə oxundu.
Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb

Bu ilin aprel ayında Şəki Şəhər Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hal hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ