Külək 17 yaşlı qızın saçından tutub, eyvandan yerə atdı - Bakıda faciə
Bakıda güclü külək faciəyə səbəb olub.
Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində əlillər üçün tikilmiş binada baş verib.
Belə ki, E. Qasımov küçəsi ev 14, mənzil 75 ünvanında yaşayan 2000-ci il təvəllüdlü Natəvan Xankişi qızı Quliyeva rəfiqəsi ilə danışmaq üçün eyvana çıxıb. Saçları uzun olduğundan külək onu havaya sovurub və qəfildən qızı eyvandan çölə atıb. N. Quliyeva məhəccərdən tutub və evdəkiləri yardıma çağırıb. Balaca qardaşı onun köməyinə çatsa da, bacısını xilas edə bilməyib. Qız binanın 7-ci mərtəbəsinin eyvanından düşüb.
Natəvan Quliyeva təcili olaraq xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
İlkin ehtimallara görə, hadisə küləyin axşam saat 22:00 radələrində qəfildən gücləndiyi vaxt baş verib.
Əldə etdiyimiz məlumatlara görə, mərhum 11-ci sinif şagirdi imiş. Bu il ali məktəbə qəbul olmaq üçün imtahan verməyə hazırlaşırmış.
Qeyd edək ki, dünən axşam saatlarından başlayaraq ölkədə qeyri-sabit hava şəriti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, Bakıda və Abşeron yarımadasında əsən güclü külək bu gün gecəyə doğru zəifləyəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...