Bakı aeroportunda qadın saxlanıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən gizli və bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycanın xanım vətəndaşı gömrük nəzarətindən keçərkən onun əl yükündə bəyan edilməyən qızıl-zinət əşyalarının olması şübhə doğurub.
Bu səbəbdən həmin şəxs sərnişin gömrük yoxlanılmasına dəvət olunub. Yoxlama zamanı vətəndaşın əl çantalarında və sellofan paketindəki geyim əşyalarının arasında 1 ədəd boyunbağı - qolbaq dəsti, 3 ədəd üzük, 10 cüt sırğa və 8 ədəd kulon aşkar edilib.
Vətəndaşın üzərində şəxsi yoxlama nəticəsində isə onun alt geyimində, ayaqqabısının içində və şalvarının balağının qatlanmış yerlərində 45 ədəd boyunbağı, 26 ədəd üzük, 21 cüt sırğa, 19 ədəd qolbaq, 2 ədəd sırğa cütü-üzük dəsti və bundan başqa, qoluna keçirilmiş vəziyyətdə 3 ədəd qolbaq aşkar olunub.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 436,62 qram olan, 585 əyarlı qızıldan hazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...