“N brothers”in üzvünün atası anasını öldürdü - Dəhşətli qətl
Abşeron rayonu Saray qəsəbəsində dəhşətli qətl hadisəsi törədilib.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, 55 yaşlı Hüseynov Qurban İsmayıl oğlu şəxsi münasibətlərin pozulması zəminində öz həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir qızını küt alətlə qətlə yetirib. Bundan sonra həyat yoldaşının yaxın qohumu 18 yaşlı Amur Təbrizi Rəhilə Əsgər qızını da öldürüb. Bildirilir ki, xalasının himayəsində yaşayan Rəhilə Əsgər qızının iki gün öncə nişan mərasimi olub.
Meyitlər müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə gətirilib.
Hadisədən sonra qətli törədən Qurban Hüseynov Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla əlaqədar Abşeron rayon prokurorıuğunda cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda qətlin motivi araşdırılır.
Qeyd edək ki, qətli törədən Hüseynov Qurban İsmayıl oğlu “N brothers” musiqi qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...