Bakıda oteldə gənci armaturla ölümcül döydülər
Xəzər rayonu Türkan qəsəbəsində yerləşən "Santafe BEACH" otelində 23 yaşlı gənc ölümcül döyülüb.
Bu barədə döyülən Aydın Vəliyevin nümayəndəqi Vüqar Əmirov məlumat verib. Nümayəndə bildirib ki, marıtın 1-də A.Vəliyev "Cahargah" kimi tanınan həmin otel-restoranın diskotekasında müştəri kimi olub:
"Orda olarkən bir neçə bakal pivə içib. Bundan sonra yadına heç nə gəlmir. Səhəri gün, yəni martın 2-si saat 8-də Aydın Vəliyev oteldən 700-800 metr kənarda vəhşicəsinə döyülüb. Onu armatur və dəmir parçası ilə tanınmaz hala salıblar. Onun ciyərində yan yığılıb, dişləri sınıb, 22 gün 3 saylı şəhər xəstəxanasında müalicə olunub. Otel rəhbərliyi Aydına şər atırlar, guya Aydın oranı yandırıb. Biz tələb edirik ki, polisin təhlükəsiz şəhər kamerasının görüntüləri versinlər".
V.Əmirovun sözlərinə görə, "Cahargah" kimi tanınan həmin otel əxlaqsızlıq yuvası kimi istifadə olunur: ""Cahargah” kimi tanınan obyektdə bu cür döyülmə hadisəsi 3 ayın içində ardı-ardı olaraq 7-8 dəfə baş verib. Sonuncu döyülmə hadisəsində Aydını tanınmaz hala salıblar. Aydın heç vaxt restoranı yandırmayıb. Əgər yandırıb və ya oğurluq edibsə, hansı səbəbdən vəhşicəsinə döyürlər? Hətta mənə dəfələrlə xəbər göndəriblər ki, bu işdən uzaqlaşım".
V.Əmirov iddia edir ki, həmin otel Samir adlı keçmiş polis işçisinindir. Ona görə də, A.Vəliyevin döyülməsində günahkar olanlar bu vaxta kimim cəzasını almayıb.
Döyülmə işini araşdırmış Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin təhqiqatçısı Anar İbrahimov bildirib ki, iş artıq istintaqa verilib.
Criminal.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...