Bakıda sürücü maşını piyadaların üstünə sürdü - Ölən və yaralananlar var
Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səhər saatlarında Rəşid Behbudov küçəsində, Mərkəzi Bankın yanında qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyada keçidindən istifadə edən 3 nəfəri vurub.
Daha sonra sürücü idarəetməni itirərək avtobusa çırpılıb.
Səhiyyə Nazirliyindən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb. Ölənlər "Mercedes" markalı avtomobilin sürücüsü və 50-55 yaşlı naməlum qadındır. 60-65 yaşlı qadın və 30 yaşlı kişi isə xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
***
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən şəxslər 1954-cü il təvəllüdlü Xanım Quliyeva və 1996-cı il təvəllüdülü Seymur Niyazovdur.
Hər iki şəxs kəllə-beyin travması alıb. Gənc oğlanın vəziyyəti daha ağır qiymətləndirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...