XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Daha bir qadın özünü asdı

Daha bir qadın özünü asdı

Daha bir qadın özünü asdı
14-03-2017, 09:55

İmişli rayonunda intihar hadisəsi baş verib.

xalqxeber.az xəbər verir ki, İmişli rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun P.Həsənov küçəsi, 126 saylı evdə baş verib. Həmin ünvanda yaşayan 1969-cu il təvəllüdlü Şahbazova Səidə İman qızı həyətlərindəki yarımçıq tikilidə özünü asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı İmişli rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə hgəddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.