ŞƏMKİRDƏ OĞURLUQ EDƏN ŞƏXSLƏR SAXLANILIB
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ötən ilin mayında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3135 manat olan məişət əşyaları oğurlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri 48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş 46 yaşlı Əfqan Alyarov saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları məişət əşyalarını satdıqlarını deyiblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...