BULDOZERİN EHTİYAT HİSSƏLƏRİNİ OĞURLAYIB SATMIŞDILAR
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kunxırt kənd ərazisində buldozerin ehtiyat hissələrini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Araşdırmalarla onların dəfələrlə məhkum olunmuş rayonun Talabıqışlaq kənd sakinləri Elbrus Şirinov və Nahib Əliyev olduqları müəyyən edilib.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, E.Şirinov və N.Əliyev kənd ərazisində təmir üçün dayanmış ÇTZ-B-11 markalı buldozerin sürət qutusunu və bir neçə ehtiyat hissələrini oğurlayaraq, sonuncuya məxsus “İj” markalı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşıblar. Törətdikləri oğurluq hadisəsi nəticəsində MMC-ə 10.000 (on min) manatdan çox maddi ziyan vuran həmin şəxslər, ehtiyat hissələrini rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə dəyərindən dəfələrlə ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin metal qəbulu məntəqəsinin ünvanı müəyyən edilərək oğurlanmış ehtiyat hissələri maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...