SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » QAZAXDA EVLƏRDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

QAZAXDA EVLƏRDƏN OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

Tarix:

6-03-2019, 11:23

/ 1 009 dəfə oxundu.
QAZAXDA  EVLƏRDƏN OĞURLUQ  EDƏN ŞƏXS SAXLANILIB

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar və fevral aylarında rayonun Şıxlı kəndi ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Qazax rayon Şıxlı kənd sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İsgəndər Dılışov yanvar ayının 29-da Şıxlı kəndi ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 500 ABŞ dolları və 45 manat nağd pul oğurlayıb. Daha sonra o, fevralın 19-da həmin kənd ərazisindəki başqa bir evə daxil olaraq 200 manat nağd pul oğurlayıb. İ.Dılışov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, mart ayının 3-də Şıxlı kəndində bir qrup kənd sakini yoldan ötən “Mersedes” markalı avtomobili saxlayaraq içərisindəki 3 nəfər şəxsi kənd ərazisində baş verən oğurluqları törətməkdə yanlış olaraq təqsirləndirərək münaqişə törədiblər. Nəticədə 47 yaşlı Bakı şəhər sakini Seymur Haqverdiyev, 21 yaşlı Qazax rayon sakini Maqsud Əliyev və 31 yaşlı Gürcüstan Respublikasının vətəndaşı Coşqun Ayvazov müxtəlif bədən xəsarətləri ilə Qazax rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Hər iki faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ