XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanıldı

Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanıldı

Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanıldı
14-09-2018, 17:37

Sentyabrın 9-da Quba rayonunun Alpan kəndi ərazisində 1 hektar biçilmiş taxıl sahəsindəki küləş yandırılmışdır. Görülmüş təxirəsalınmaz tədbirlərlə yanğının qarşısı alınmış, bu zaman xəsarət alan olmamışdır.

Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozmuşdur. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilmişdir.

Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılmışdır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.