Jurnalist Aqil Ələsgər oğurlanıb – Xanımı təsdiqlədi – TƏCİLİ
“Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.
Yenicag.az-ın məlumatına görə, iyulun 30-u, axşam saatlarından etibarən, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərdən heç bir xəbər yoxdur.
Bu məlumatı saytımıza açıqlamasında Aqil Ələsgərin həyat yoldaşı Günay Fərəcova da təsdiqləyib. Günay xanım bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:
“Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də “WhatsApp” mesajlarımıza cavab verdi.
Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb.
Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən sonra Xəzər rayon polis idarəsinin 1 saylı polis bölməsində izahat yazdıq. Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik.
Qeyd edim ki, Aqil Ələsgər jurnalist fəaliyyəti dövründə daima FETÖ terror təşkilatını ifşa edib. Onun araşdırma yazıları və müəllifi olduğu kitablar sözügedən terror təşkilatının ifşasında müstəsna rolu olub. Bu mənada Aqil Ələsgərin yoxa çıxmasında FETÖ-nün rolunun olduğu istisna deyil.
Aqil Fərəcovun xanımı olaraq həyat yoldaşımın tapılması üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevə, ölkəmizin Vitse-prezidenti Mehriban xanım Əliyevaya, o cümlədən də daxili işlər naziri general-polkovnik Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Mədət Quliyevə, Respublikanın Baş Prokuroru Zakir Qaralov və bütün aidiyyatı qurumlardan kimi müvafiq tədbirlərin görülməsini xahiş edirəm”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"